
Qüsursuz qətl
Uşaq evində böyüyən Olqa hər zaman firavan və dəbdəbəli həyatın xəyalını qururdu. Arzularına çatsa da, varlı həyat yoldaşı İqorun amansız təzyiqləri və mütəmadi zorakılığı onun taleyini cəhənnəmə çevirir. Dözülməz vəziyyətdən qurtulmaq istəyən gənc qadın boşanma qərarı verir və tanınmış vəkil Sergey Arzamasova üz tutur.
İşə başlayan vəkil peşə prinsiplərini bir kənara qoyaraq müdafiə etdiyi Olqaya aşiq olur və aralarında gizli münasibət yaranır. Bir gün ər sevgililəri birlikdə yaxalayır və kişilər arasında dava düşür. Vəkilini qorumağa çalışan Olqa ərini öldürmək məcburiyyətində qalır. İndi Sergey sevdiyi qadını məhkəmədə həbs cəzasından xilas etməlidir.
«Qüsursuz qətl» detektiv filmi 2013-cü ildə Rusiyada çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Andrey Xrulevdir. Əsas rollarda Valeri Nikolayev, Svetlana İvanova, Aleksey Lonqin və Antonina Divina çıxış edirlər.
«Qüsursuz qətl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 noyabr 2013
- Ölkə
- Rusiya
- Rejissor
- Andrey Xrulev
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın