
Şüşə gəlinciklər
Gənc tələbə Liza anasına zəng etmədikdən sonra polis onun itkin düşməsi ilə bağlı xəbər alır. İşin araşdırılması müfəttiş Aslak Eyrata tapşırılsa da, ilkin mərhələdə heç bir tutarlı ipucu tapılmır. Bir müddət sonra qızın meyiti Tromsyo adasındakı göldən çıxarılır. Müfəttişi təəccübləndirən əsas fakt isə Lizanın suda boğulmaması və cəsədin dəniz suyunda qalması olur.
Polis qaranlıqda çıxış yolu axtardığı vaxt digər bir tələbə qız da qəfil yoxa çıxır. Cinayətkarı vaxtında yaxalamaq və növbəti qurbanı xilas etmək zamana qarşı mübarizəyə çevrilir. Hadisələrin içinə Aslakın 16 yaşlı oğlunun da qarışması vəziyyəti müfəttiş üçün həyat və ölüm məsələsinə gətirib çıxarır.
«Şüşə gəlinciklər» (Glassdukkene) filmi rejissor Nils Qyaup tərəfindən 2014-cü ildə Norveçdə çəkilib. Triller, dram və detektiv janrlarını birləşdirən ekran əsərində əsas rolları Stiq Henrik Hoff, Lena Ellinqsen, Anders Dalberq və Henrik Mestad canlandırır.
«Şüşə gəlinciklər» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın