
İdeal tələbə
Universitet şəhərciyində tələbə qızın amansızlıqla qətlə yetirilməsi hüquq-mühafizə orqanlarını hərəkətə keçirir. Şübhələr dərhal Cordan adlı gəncin üzərinə yönəlir və bütün dəlillər onu göstərir. Lakin kriminalistika professoru Nikol polisin tələsik nəticə çıxardığını düşünür.
Müstəntiqlərin günahsız insanı ittiham etdiyinə inanan müəllimə, Cordanın təqsirsizliyini sübut etmək üçün öz təhqiqatına başlayır. Nikol həqiqəti üzə çıxarmağa çalışarkən hadisələrin zahirən göründüyündən qat-qat mürəkkəb olduğunu anlayır.
ABŞ istehsalı olan «İdeal tələbə» (3 Way : Caught in the Act) trilleri 2011-ci ildə nümayiş olunub. Filmin rejissoru Maykl Feyferdir, baş rolları isə Nataşa Henstridc, Bria Qrant, Cozi Devis və Cey Pikett canlandırıblar.
«İdeal tələbə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 mart 2011
- Ölkə
- ABŞ
- Rejissor
- Maykl Feyfer
- Keyfiyyət
- 720p
- Tərcümədə
- SDI Media
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın