
Alov içində dəri
Hərbi fotoqraf Frederik Salomon vaxtilə qanlı döyüşlərin getdiyi ölkəyə düz iyirmi ildən sonra geri dönür. Vaxtilə partlayış anında havaya sovrulan qızcığazın fotosunu çəkərək qlobal miqyasda böyük şöhrət qazanan jurnalist, indi burada xüsusi mükafat almalıdır.
Oteldə onu yerli jurnalist Hanna qarşılayır və ondan müsahibə götürməyə başlayır. Lakin qısa müddətdə aydınlaşır ki, qadının həmin tarixi hadisə ilə bağlı gizlətdiyi şəxsi sirri var və o, fotoqrafla haqq-hesab çəkmək niyyətindədir.
«La piel en llamas» adlı İspaniya istehsalı olan dramatik triller 2022-ci ildə rejissor Devid Martin-Porras tərəfindən ekranlaşdırılıb. Filmin əsas obrazlarını Oskar Xaenada, Ella Kveku, Lidia Nene və Fernando Texero canlandırıblar.
«Alov içində dəri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 mart 2022
- Ölkə
- İspaniya
- Rejissor
- Devid Martin-Porras
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın