Rapunzelin lənəti
Film2020Almaniya80 dəq.720p

Rapunzelin lənəti

Rapunzels Fluch
IMDb
3.2
«O, qisas almaq istəyir»

Keşiş Petrosinusun Rapunzel adlı gənc qadından iblisi qovmaq cəhdi uğursuzluqla nəticələnir. Qaranlıq qüvvələrin qisasından qorxan din xadimi öz qəsrini satmaq məcburiyyətində qalır. Əsrlər sonra onun nəslindən olan rejissorluq tələbəsi Alina yeni layihəsini çəkmək məqsədilə həmin qədim qəsrə gəlir.

Çəkiliş komandası ilə birlikdə tarixi məkana daxil olan gənclər gözlənilməz təhlükə ilə üzləşirlər. Keşişin qohumunun gəlişi illərdir susqun olan qaniçən iblisi yenidən oyadır. Qisas yanğısı ilə alovlanan bədheybət qəsrə toplaşanları təqib etməyə başlayır.

David Brüknerin rejissorluğu ilə ərsəyə gələn «Rapunzelin lənəti» (Rapunzels Fluch) 2020-ci il Almaniya istehsalı olan qorxu filmidir. Əsas obrazları Tabea Georgiamo, Michael von der Brelie, Davis Schulz və Sophie Swan canlandırıblar.

İzlə

«Rapunzelin lənəti» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
31 iyul 2020
Ölkə
Almaniya
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası
Müddət
80 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın