
Qəddar qətl
İyirmi yaşlı Jüstin Delqadonun meyiti meşə yolunda aşkarlanır. Ağır xəsarətlər alan gənc qız daxili qanaxma nəticəsində həyatını itirir. Əsas şübhəli kimi onun uşaqlıq dostu Rayan Kovalski vağzalda qaçmağa çalışarkən saxlanılır. Qurbanın atası, Lion polisinin kapitanı Fransua Delqado gəncin cinayətkar olduğuna dərhal inanır.
Lakin Fransuanın anası, radikal ictimai fəal Mirey yaxın rəfiqəsinin oğlu olan Rayanın təqsirsizliyindən tam əmindir. Bu faciə ana ilə oğul arasında ciddi qarşıdurmaya çevrilir. Hər iki tərəf cinayətin təfərrüatlarını aydınlaşdırmaq üçün bir-birindən ayrı şəkildə öz təhqiqatına başlayır.
Fransa istehsalı olan «Qəddar qətl» (Coups de Sang) detektiv dram filminin rejissoru Kristian Bonnedir. Ekran işi 2021-ci ildə işıq üzü görüb. Əsas rolları Mişel Bernye, Devid Kammenos, Müriel Yüye de One və Aleksandra Rot canlandırıblar.
«Qəddar qətl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 noyabr 2021
- Ölkə
- Fransa
- Rejissor
- Kristian Bonne
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın