
Vəkil fırtınası
Nüfuzlu iş adamı Çen Sinin təcavüzündən sonra professor Sya Veyin tələbəsi intihar edir. Çox keçmədən biznesmenin özü qətlə yetirilir və əsas şübhəli şəxs qismində universitet müəllimi Sya Vey çıxış edir. Məhkəmə zamanı qadın ifadə verməkdən imtina etdiyi üçün prokuror Li Juy onun təqsirini yalnız dolayı sübutlarla əsaslandırmağa çalışır.
Müttəhimin maraqlarını məhkəmədə prokurorun keçmiş sevgilisi, vəkil Tun Yüyçen müdafiə edir. İki tərəfin hüquqi qarşıdurması dərinləşdikcə hadisənin arxasındakı daha geniş qanunsuz əməllər üzə çıxır. Zərərçəkən, müttəhimin ətrafı və cinayətkar qruplar arasında gözlənilməz gizli əlaqələr aşkara çıxır.
«Vəkil fırtınası» (Jian cha feng yun) 2023-cü il istehsalı Çin detektiv filmidir. Ekran əsərinin rejissoru Alan Makdır, baş rolları isə Conni Xuan, Bay Bayhe, Van Likun və Van Tsyanyuan canlandırıb.
«Vəkil fırtınası» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın