
Kabuslarla qonaqlıq
Oldkraft malikanəsində hər il Hellouin bayramı münasibətilə qəribə bir ziyafət təşkil olunur. Qapıları yalnız ruhların üzünə açıq olan bu məkana canlı insanların daxil olması qadağandır. Lakin növbəti məclis zamanı gözlənilməz hadisə baş verir və adət üzrə keçən gecə pozulur.
Sirli hadisəni aydınlaşdırmaq istəyən ruhlar çıxılmaz vəziyyətə düşürlər. Yaranmış düyünü təkbaşına aça bilməyən kabus ailəsi məcburiyyət qarşısında qalır. Onlar həqiqəti üzə çıxarmaq naminə özlərinin yaşayan yeganə qohumunu köməyə çağırmaq qərarı verirlər.
ABŞ istehsalı olan «Kabuslarla qonaqlıq» (Ghost Party) detektiv filmi 2022-ci ildə ekranlara çıxıb. Rejissor Bred Kellerin çəkdiyi ekran əsərində əsas obrazları Meycor Dodson, Les Best, Ceyms R. Hallam və Kristin Hallam canlandırıblar.
«Kabuslarla qonaqlıq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 mart 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Bred Keller
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın