
Mənə bax
Atasının vəfatından sonra yeniyetmə Lalo tamamilə yeni şəraitə uyğunlaşmağa məcbur qalır. O, yeni məktəbə yollanır və demək olar ki, heç tanımadığı nənəsi Elenanın köhnə mülkünə köçür. Rəhmətlik atasının köhnə qol saatını xatirə kimi saxlayan gənc qısa müddət sonra qəribə fövqəltəbii hadisələrlə üz-üzə gəlir.
Lalonu gənc bir qızın qorxulu kabusu izləməyə başlayır. Ruhun peyda olması yaxınlıqdakı şagirdlərdən birinin qəfil yoxa çıxması ilə üst-üstə düşür. Qorxunc ruhdan yaxa qurtarmağa çalışan gənc bu qərib varlığın kim olduğunu və ondan nə tələb etdiyini araşdırmaq qərarına gəlir.
2021-ci ildə işıq üzü görən Meksika istehsalı «Mirame» detektiv filminin rejissoru Pavel Kantudur. Ekran əsərində əsas obrazları Aksel Alpuçe, Klaudiya Maria Bermudes, Sesar Brindis və Karmen Delqado canlandırıblar.
«Mənə bax» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2021
- Ölkə
- Meksika
- Rejissor
- Pavel Kantu
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın