
Malikanə 36
Karantin günlərində dəbdəbəli mülkün sahibi Padmini Sinqx bütün var-dövlətini böyük oğlu Raunaka vəsiyyət etmək qərarına gəlir. Bu addım paylarından məhrum qalan digər iki qardaşın kəskin etirazı ilə qarşılaşır. Həmin ərəfədə təsadüf nəticəsində bir ata aşpaz kimi işə düzəlir, onun oğlu isə evin nəvəsinin köməkçisi qismində malikanəyə gəlir.
Miras davası qızışdığı bir vaxtda sənədləri rəsmiləşdirməyə gələn vəkil qəfil yoxa çıxır və onun öldürüldüyü ehtimal edilir. Baş verən müəmmalı hadisələr fonunda yeni işçilər varlı ailənin və evdəki digər sakinlərin təhlükəli intriqalarının mərkəzində qalırlar.
«Malikanə 36» filmi 2022-ci ildə Hindistanda çəkilib. Komediya və dedektiv janrlarını birləşdirən ekran əsərinin rejissoru Ram Rameş Şarmadır, əsas rolları isə Vicay Raaz, Sancay Mişra, Amol Paraşar və Aşvini Kalsekar canlandırıblar.
«Malikanə 36» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 yanvar 2022
- Ölkə
- Hindistan
- Rejissor
- Ram Ramesh Sharma
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 107 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın