
Meşədəki qız
Janna can verən bacısı Selinanın yanına, əmisinin evinə tələsir. Ölüm ayağında olan Selina on beş il ərzində gizlətdiyi ağır sirri ona açır. Vaxtilə o, uşaqlıq rəfiqələri Jülini qətlə yetirməkdə haqsız yerə təqsirləndirilən günahsız Yusifə alibi verməkdən imtina etmiş və bu səbəbdən həmin gənc məhkum olunmuşdur.
Bacısı son nəfəsində Jannadan Yusifin azadlığa buraxılmasına və ədalətin bərpa olunmasına söz alır. Eşitdiklərindən sarsılan baş qəhrəman hamının çoxdan unutduğu və bağlandığını zənn etdiyi həmin cinayət işini yenidən araşdırmağa qərar verir.
Fransa və Belçika istehsalı olan «La fille dans les bois» («Meşədəki qız») kriminal triller filmi 2021-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Mari-Helen Koptidir. Baş rolları Karolina Yurçak, Antuan Dileri, Anyes Soral və Filip Düken canlandırıb.
«Meşədəki qız» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 yanvar 2021
- Rejissor
- Mari-Helen Kopti
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın