
Çünki sən mənim üçün ölüsən
Əməlləri təmiz olmayan cinayət vəkili Robert altmış illik yubileyi günü yad bir otel otağında gözlərini açır. O, ora necə gəlib çıxdığını xatırlamır, lakin ətrafda şəxsi əşyaları səpələnib. Çox keçmədən kişini qəribə görüntülər və anlaşılmaz xatirə qırıntıları narahat etməyə başlayır.
Gecə yarısı onun yanına sifarişlə gəlmiş Melani adlı qadın daxil olur. Robert onunla söhbət edərək baş verənlərin mahiyyətini anlamağa çalışır. Həmin an vəkil qaldığı məkanın Əraf olduğunu və ətrafında qorxulu fövqəltəbii hadisələrin cərəyan etdiyini hələ bilmir.
Kanada istehsalı olan «Because You're Dead to Me» detektiv filmi rejissor Kris Maruna tərəfindən lentə alınıb. 2021-ci ildə işıq üzü görən ekran əsərində baş rolları Mersedes De La Krus, Kayl Strauts, Canet Uolmsli və Qardiner Millar canlandırıblar.
«Çünki sən mənim üçün ölüsən» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2021
- Ölkə
- Kanada
- Rejissor
- Chris Maruna
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın