
İstintaq ustası: Qətldə ittiham
Lighthouse Cove kurort şəhərində yaşayan Şennon Hyuz vaxtının çox hissəsini qədim binaların bərpasına həsr edir. Sakinlər onun işinə böyük hörmətlə yanaşırlar. Qadın sevimli peşəsinə və şəhərin gözəlləşdirilməsinə o qədər qapılıb ki, şəxsi həyatını tamamilə arxa plana atıb.
Növbəti təmir işləri zamanı qədim bir açar tapan Şennonun gündəlik həyatı dəyişir. Tapıntı onda böyük maraq oyadır. Açarın hansı qapını açdığını öyrənmək qərarına gələn qadın özəl araşdırmaya başlayır və qarşıda onu nələrin gözlədiyindən hələ xəbərsizdir.
2017-ci ildə çəkilmiş «Framed for Murder: A Fixer Upper Mystery» detektiv filminin rejissoru Mark Jandır. ABŞ və Kanada istehsalı olan ekran əsərində baş rolları Cuel Kilçer, Kolin Ferqyuson, Erin Karplak və Ron Lia canlandırıblar.
«İstintaq ustası: Qətldə ittiham» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın