
İntihar məktubu
Psixologiya fakültəsinin iyirmi bir yaşlı tələbəsi Molli Uayts yataqxana otağında gözlənilməz faciə ilə üzləşir. Səhər oyanan gənc qız otaq yoldaşı Emmanın intihar etdiyini öyrənir. Həyatına son qoyan Emma geridə son anlarını dəqiqliklə əks etdirən vida məktubu qoyub gedir.
Bu hadisədən sonra Mollini Emmanın ölümü ilə bağlı qorxulu yuxular narahat etməyə başlayır. Gördüyü yuxuların təsiri altında olan qız bu hadisənin ilk baxışdan göründüyü kimi sadə bir intihar olmadığını dərk edir və baş verənlərin arxasındakı həqiqəti anlamağa çalışır.
«İntihar məktubu» (Suicide Note) adlı triller və detektiv dramı 2016-cı ildə ABŞ-da lentə alınıb. Filmin quruluşçu rejissoru Ceyk Helqrendir. Baş rolları Körbi Bliss Blenton, Brent Doherti, Leksi Covanyoli və Stiven Kolletti canlandırıblar.
«İntihar məktubu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 fevral 2016
- Ölkə
- ABŞ
- Rejissor
- Ceyk Helqren
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar çoxsəsli
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın