
Ərim qatil tutdu
Ciddi zədə səbəbindən idman karyerası yarımçıq qalan Ceymi qırx yaşını keçsə də, günlərini videooyunlar arxasında və xəyali biznes planları qurmaqla keçirir. Bütün bu illər ərzində ailənin yükünü tibb bacısı işləyən həyat yoldaşı Daniela çəkir. Lakin qadının artıq ərinin bu vəziyyəti ilə barışmağa səbri qalmır.
Növbəti mübahisədən sonra Daniela boşanmaq qərarını bildirir. Maddi təminatdan məhrum olmaq istəməyən Ceymi isə vəziyyətdən qorxunc bir çıxış yolu tapır. O, sığorta pulunu əldə etmək üçün arvadını aradan qaldırmaq məqsədilə muzdlu qatil tutmağa qərar verir.
Kanada istehsalı olan «Ərim qatil tutdu» (My Husband Hired a Hitman) trillerini rejissor Liza Soper lentə alıb. 2024-cü ilin detektiv filmində əsas rolları Tamara Almeyda, Ceyson Dias, Brett Qeddes və Erika Düçman canlandırıblar.
«Ərim qatil tutdu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 aprel 2024
- Ölkə
- Kanada
- Rejissor
- Liza Soper
- Keyfiyyət
- 720p
- Tərcümədə
- ViruseProject
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın