
Lost Heart
Tanınmış kantri musiqiçisi Hanna Svit karyerasını təhlükə altına qoyan ağır ruhi sarsıntı keçirir. Elə bu vaxt o, yeniyetmə vaxtı qaçdığı və uzun illərdir danışmadığı atası Harrisin vəfat etdiyini öyrənir. Beləliklə, Hanna istəməsə də dəfn mərasimi üçün yola düşməyə məcbur olur.
İfaçı Miçiqanın şimalında yerləşən sakit və kiçik Lost-Hart qəsəbəsinə qayıdır. Əhali arasında atasının ölümündən qabaq naməlum uçan obyektlə qarşılaşdığına dair müxtəlif söz-söhbətlər gəzir. Orada Hanna qəribə xasiyyətli, sui-qəsd nəzəriyyələrinə inanan Maylo adlı pastorla rastlaşır; keşiş onu keçmiş inciklikləri unutmağa və doğmaları ilə barışmağa səsləyir.
«Lost Heart» filmi dram, komediya və dedektiv elementlərini birləşdirən ABŞ istehsalı layihədir və 2020-ci ildə nümayiş etdirilmişdir. Ekran əsərinin quruluşçu rejissoru Jesse Low-dur. Baş obrazı Melissa Anschutz canlandırmış, digər mühüm rolları isə Don Most, Victoria Jackson və Christine Marie ifa etmişlər.
«Lost Heart» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın