
Noksun son işi
Muzdlu qatil Con Noks qəfil yaddaş itkisi və qəribə tutmalarla üzləşir. Həkim müayinəsi nəticəsində ona müalicəsi tapılmayan Kroytsfeldt-Yakob xəstəliyi diaqnozu qoyulur. Hər ötən gün dərrakəsini zəiflədən sürətli demensiya səbəbindən Noks bir neçə həftəyə fəaliyyət qabiliyyətini itirəcəyini anlayır və peşəsini buraxmaq qərarı verir.
Təqaüdə çıxmaq planı uzun müddətdir danışmadığı böyük oğlu Maylzın qəfil gəlişi ilə pozulur. Qan içində evə daxil olan gənc on altı yaşlı qızını yoldan çıxaran şəxsi qətlə yetirdiyini bildirir. Çıxılmaz vəziyyətə düşən oğul atasından kömək diləyir.
«Noksun son işi» (Knox Goes Away) adlı 2023-cü il ABŞ istehsalı olan trillerin rejissoru Maykl Kitondur və o, həm də baş qəhrəmanı canlandırıb. Filmdə digər əsas rolları Al Paçino, Ceyms Marsden və Süzi Nakamura ifa ediblər.
«Noksun son işi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 sentyabr 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Maykl Kiton
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Orijinal
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 114 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın