
36 China Town
Qumarxana sahibi olan Suşmita adlı varlı qadın ağır vəziyyətlə üzləşir: onun beşyaşlı oğlu qəfil yoxa çıxır. Çarəsiz ana tək övladını tapıb geri qaytaran şəxsə böyük məbləğdə mükafat verəcəyini elan edir.
Yaxşı məqsədlər üçün pul qazanmaq istəyən Rac və Priya təsadüfən qarşılaşırlar. Həmin uşağı tapan bu iki gənc qısa zamanda onunla dostlaşır. Balaca oğlan onları ata və ana adlandırdığı üçün cütlük ər-arvad rolunu oynamağa məcbur qalır.
Hindistan istehsalı olan «36 China Town» adlı detektiv komediya və triller filmi 2006-cı ildə ekranlara çıxıb. Ekran əsərinin rejissorları Abbas Alibhay Burmawalla və Mastan Alibhay Burmawalladır, baş rolları isə Akşay Khanna, Şahid Kapur, Karina Kapur və Pareş Raval canlandırıblar.
«36 China Town» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın