
Sommersbi
ABŞ-da Vətəndaş müharibəsi başa çatdıqdan sonra hər kəsin çoxdan öldüyünü güman etdiyi Cek Sommersbi doğma qəsəbəsinə qayıdır. İllər sonra evinə qədəm qoyan kişi dərhal təsərrüfat işlərinə başlayaraq dağılmış mülkü qaydaya salmağa çalışır.
O, həyat yoldaşı ilə münasibətlərini yenidən yoluna qoyur və aralarında itirilmiş bağlar bərpa olunur. Buna baxmayaraq, qadının qəlbində tədricən ciddi şübhələr baş qaldırır. Əvvəlkindən xeyli fərqlənən bu insanın həqiqətən də onun əri olub-olmaması sirr olaraq qalır.
«Sommersbi» detektiv melodram filmi 1993-cü ildə ABŞ və Fransa kinematoqrafçılarının birgə əməyi sayəsində ərsəyə gəlib. Ekran əsərinin quruluşçu rejissoru Con Emieldir, əsas rolları isə Riçard Qir, Codi Foster, Lenni Flaherti və Uendell Vellman canlandırıblar.
«Sommersbi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın