
«Qırqovul yuvası»nda qətl
1886-cı ilin qışında tanınmış xəfiyyə Jilin qrafinya Strelnikovanın itmiş brilyantını tapmaq məqsədilə Podbolotska yola düşür. Lakin yolda başlayan güclü çovğun onu gecələmək üçün dağlıq ərazidə yerləşən «Qırqovul yuvası» mehmanxanasında dayanmağa vadar edir.
Səhər saatlarında qonaqlar gözlənilməz xəbərlə qarşılaşırlar: qubernator Samoyedov öz otağında kürəyindən bıçaqlanaraq qətlə yetirilib. Əvvəlki axşam bütün otel sakinlərini kart oyununda uduzduran bu xoşagəlməz məmurun qatilini tapmaq işini Jilin öz üzərinə götürür.
««Qırqovul yuvası»nda qətl» komediya-detektiv filmi rejissor Aleksey Smirnov tərəfindən çəkilib. 2021-ci ildə Rusiyada istehsal olunan filmin baş rollarını Anton Lapenko və Dmitri Nağıyev canlandırıblar.
««Qırqovul yuvası»nda qətl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 dekabr 2021
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksey Smirnov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 47 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın