
Bütün qapıların açarı
Gənc tibb bacısı Kerolayn Ellis iflic olmuş ahıl Ben Deveronun qayğısına qalmaq üçün Luiziana yaxınlığındakı böyük malikanəyə gəlir. Ev sahibəsi Vayolet xəstə ərinə qulluq etməsi üçün gənc qıza mülkdəki istənilən qapını aça bilən xüsusi bir açar təqdim edir.
Çardaqda axtarış aparan Kerolayn içərisində qəribə mistik əşyalar olan gizli bir otaq aşkar edir. Evin sahibəsi bu əşyaların əvvəllər burada yaşamış və qara magiya ilə məşğul olmuş insanlara aid olduğunu bildirir. Çox keçmədən mülkdə baş verən izaholunmaz və qorxulu hadisələrin şahidi olan qız gizli otağın sirrini açmağı qarşısına məqsəd qoyur.
«Bütün qapıların açarı» adlı qorxu və detektiv filminin rejissoru İen Softlidir. Baş rolları Keyt Hadson, Cina Roulends, Con Hört və Piter Sarsqaard canlandırıblar. ABŞ və Almaniya istehsalı olan bu ekran əsəri 2005-ci ildə nümayiş olunub.
«Bütün qapıların açarı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 iyul 2005
- Rejissor
- İen Softli
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Orijinal, Гаврилов, Tycoon, Яроцкий, Немахов, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 104 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın