
Yetimxana
Laura uşaqlığının ən firavan çağlarını dəniz sahilindəki yetimxanada keçirib. Burada tərbiyəçilər onun valideynlərini, digər uşaqlar isə bacı və qardaşlarını əvəz etmişdi. Aradan otuz il keçdikdən sonra o, həyat yoldaşı və yeddiyaşlı oğlu Simonla bərabər böyüdüyü məkana qayıdır. Qadının əsas arzusu köhnə binanı bərpa edib yeni kimsəsiz uşaqların üzünə açmaqdır.
Təntənəli açılış günü qəfil fəlakətlə nəticələnir və Simon izsiz-tozsuz yoxa çıxır. Çarəsiz qalan Laura bu müəmmalı itkidə fövqəltəbii qüvvələrin əli olduğunu düşünməyə başlayır. O, oğlunun uydurma dostu Toması xatırlayır və uşağın itkin düşdüyü gün məhz həmin ruhla qarşılaşdığını zənn edir.
«Yetimxana» filmi 2007-ci ildə İspaniya, Fransa, Meksika və Belçika kinematoqrafçılarının birgə əməyi ilə ərsəyə gətirilib. Qorxu və dram janrındakı ekran əsərinin rejissoru Xuan Antonio Bayonadır. Baş rolları Belen Rueda, Fernando Kayo, Roxer Prinsep və Mabel Rivera canlandırıblar.
«Yetimxana» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 may 2007
- Rejissor
- Xuan Antonio Bayona
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Orijinal, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 105 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 6
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗European Film Award – People's Choice Award for Best European FilmNominasiya · 2008
- 🎗European Film Award for Best FilmNominasiya · 2008
- 🎗European Film Award for Best CinematographerNominasiya · 2008
- 🎗European Film Award for Best ActressNominasiya · 2008
- 🎗European Film Award for Best ComposerNominasiya · 2008
- 🎗International Submission to the Academy AwardsNominasiya · 2008
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın