
Mancuriyalı namizəd
Koreya müharibəsi zamanı Amerika əsgərləri düşmən tərəfindən pusquya salınaraq məxfi laboratoriyaya aparılır. Burada onların üzərində psixoloji təcrübələr keçirilir və beyinləri yuyulur. Nüfuzlu senatorun xanımının oğlu olan serjant Reymond Şou gizli əmrləri dərhal icra edən qatilə çevrilir. Əsgərlərin yaddaşı saxta xatirələrlə dəyişdirilir və onlar evə göndərilir.
Reymond Şou Vətəndə xilaskar kimi qarşılanır və ona Şərəf Medalı təqdim edilir. Lakin bir müddət sonra sağ qalan heyətdən kapitan Bennet Marko və digər döyüşçülər eyni dəhşətli yuxuları görməyə başlayırlar. Şou ilə bağlı bu qarabasmalar keçmişdə baş verən gizli hadisələrin izinə düşməyə səbəb olur.
ABŞ istehsalı olan «The Manchurian Candidate» filmi 1962-ci ildə rejissor Con Frankenhaymer tərəfindən çəkilib. Detektiv və triller janrındakı ekran əsərində baş rolları Frenk Sinatra, Lourens Harvi, Canet Li və Ancela Lensberi canlandırıblar.
«Mancuriyalı namizəd» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 oktyabr 1962
- Ölkə
- ABŞ
- Rejissor
- Con Frankenhaymer
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Ukrayna dilində, Peşəkar çoxsəsli, Orijinal
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 126 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 2
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatıNominasiya · 1963
- 🎗Ən yaxşı montaja görə Oskar mükafatıNominasiya · 1963
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın