
Polad kəpənək
Çuma ləqəbli yeniyetmə qız küçə uşaqlarından ibarət dəstəsi ilə birlikdə soyğunçuluq edərək dolanır. Növbəti basqın zamanı polisə yaxalanan gənc qız həbsxana təhlükəsi ilə üz-üzə qalır. Azadlığını qorumaq üçün o, şəhər kənarındakı meşəlikdə qızları hədəf alan qaniçən qatili yaxalamaq məqsədilə canlı yem olmağa məcbur edilir.
Cinayətkarın axtarışına cavabdeh olan müstəntiq Xanin üçün bu iş təkcə rütbəsini qorumaq deyil, həm də şərəf məsələsidir. Qız isə bu təhlükəli oyunda itirəcəyi heç nəyin olmadığını, ölsə belə arxasınca kimsənin ağlamayacağını yaxşı anlayır. Birlikdə vaxt keçirdikcə yetim qızla sərt xasiyyətli polis əməkdaşı arasında gözlənilməz bir bağ yaranır.
2012-ci ildə çəkilmiş «Polad kəpənək» kriminal detektiv filminin rejissoru Renat Davletyarovdur. Rusiyanın istehsalı olan ekran əsərində baş rolları Darya Melnikova, Anatoli Belıy, Darya Moroz və Pyotr Vins ifa ediblər.
«Polad kəpənək» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 noyabr 2012
- Ölkə
- Rusiya
- Rejissor
- Renat Davletyarov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 107 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın