
The Gracefield Incident
Üç cütlük həftəsonunu şəhərdən kənarda keçirmək üçün Qreysfild meşəsindəki rahat kottecə yollanır. Dostlar birlikdə vaxt keçirir, dincəlir və gündəlik qayğılardan uzaqlaşırlar. Lakin onların sakit planları meşənin yaxınlığına düşən sirli səma cismi ilə pozulur.
Ətrafa düşən meteoriti görmək və ona toxunmaq istəyən gənclər maraqlarına məğlub olub meşənin dərinliklərinə doğru addımlayırlar. Nadir təbiət hadisəsi kimi görünən bu tapıntı tezliklə onlar üçün qorxulu və təhlükəli hadisələrin başlanğıcına çevrilir.
ABŞ və Kanada istehsalı olan «The Gracefield Incident» filmi 2017-ci ildə nümayiş olunub. Qorxu və elmi-fantastika janrındakı layihənin rejissoru Matye Ratdır, əsas rolları isə Aleksandr Naçi, Viktor Andres Trel Türjon və Lorans Dofine ifa ediblər.
«The Gracefield Incident» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın