
Poçtalyon həmişə iki dəfə zəng çalır
İş axtarışında olan Frenk Çembers Kaliforniya yollarında avtostopla səyahət edir. Los-Anceles yaxınlığındakı yolüstü yeməkxanaya dönən gənc burada məkanın sahibi Nik Smitlə tanış olur və ondan iş təklifi alır. Frenk əvvəlcə bu təklifə tərəddüdlə yanaşsa da, sahibkarın gənc və cazibədar həyat yoldaşı Koranı görən kimi fikrini dəyişir.
Qadına qarşı yaranan güclü hisslər Frenki burada qalmağa məcbur edir. Çox keçmədən Kora yaşlı ərini əsla sevmədiyini və onunla yalnız yoxsulluqdan qurtulmaq üçün evləndiyini etiraf edir. Qadın var-dövlətə və bütün mülkə sahib çıxmaq naminə sevgilisini ərini öldürməyə razı salmağa çalışır.
ABŞ istehsalı olan «The Postman Always Rings Twice» kriminal dram filmi rejissor Tey Qarnett tərəfindən lentə alınıb. 1946-cı ildə təqdim olunan ekran əsərində Odri Totter, Leon Eyms, Pol Bredli və Dik Krokett kimi aktyorlar çəkilib.
«Poçtalyon həmişə iki dəfə zəng çalır» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1946
- Ölkə
- ABŞ
- Rejissor
- Tey Qarnett
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın