
Pişik: Ölümü Görən İki Göz
So-yon heyvanlara qulluq mərkəzində çalışır və hər gün müxtəlif ev heyvanlarının qayğısına qalır. Günlərin birində onun müştərilərindən biri liftdə qəfil vəfat edir. Hadisənin yeganə canlı şahidi isə həmin şəxsin Pidan adlı pişiyi olur.
Polis müəmmalı ölüm faktı ilə bağlı araşdırmaya başlayır və So-yondan pişiyi müvəqqəti olaraq öz evinə götürməsini xahiş edir. Qız bu təkliflə razılaşır. Lakin Pidanın gəlişi ilə birlikdə mənzildə qəribə hadisələr cərəyan etməyə başlayır və So-yonu ardı-arası kəsilməyən kabuslar narahat edir.
«Pişik: Ölümü Görən İki Göz» filmi 2011-ci ildə Cənubi Koreyada rejissor Byon Sın-uk tərəfindən çəkilib. Dedektiv, dram və qorxu janrlarını birləşdirən lentin əsas rollarında Kim Min-ce, Park Min-yon, Kim Ye-ron və Qan Gi-dun yer alıb.
«Pişik: Ölümü Görən İki Göz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2011
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Byon Sın-uk
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli, GREEN TEA
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın