
Hamıya xoş gecələr
Kelvin qızlar kollecində Milad tətili zamanı baş verən dəhşətli hadisə insanları sarsıdır. Tələbə təşkilatına qəbul mərasimindəki ehtiyatsızlıq ucbatından bir qız ikinci mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirir. Bu hadisədən iki il sonra növbəti bayram ərəfəsində bütün tələbələr evlərinə yollansa da, bir neçə qız yataqxanada qalaraq oğlan dostları ilə gizli şənlik təşkil etmək qərarına gəlir.
Qızlar planlarını maneəsiz həyata keçirmək üçün komendant xanım Censeni yuxu dərmanı ilə yatırdırlar. Çox keçmədən gənclər bir araya gəlir və əyləncə başlayır. Lakin qonaqlıq Santa-Klaus geyimində peyda olan naməlum qatilin gəlişi ilə əsl kabusa çevrilir.
1980-ci il istehsalı olan «Hamıya xoş gecələr» (To All a Goodnight) qorxu filminin rejissoru Devid Hessdir. ABŞ-da lentə alınan bu trillerdə əsas rolları Cennifer Ranyon, Uest Byukenan, Edvin Avetisyan və Enn Taker canlandırıb.
«Hamıya xoş gecələr» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1980
- Ölkə
- ABŞ
- Rejissor
- Devid Hess
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli, Любительский (одноголосый закадровый)
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın