
Solstice
Əkiz bacısının sirli ölümündən sarsılan Meqan kədərini unutmaq üçün dostları ilə birgə göl kənarındakı ailə evinə yollanır. Gənclər burada dincəlməklə yanaşı, bölgədə adət halını almış yay gündönümünü izləməyi planlaşdırırlar. Qədim inanclara görə, məhz bu xüsusi dövrdə dirilərin dünyasını dəyişmiş insanlarla əlaqə qurması daha asan olur.
Bacısinin səsini təkrar eşitmək ümidi ilə yaşayan qız yerli cadu və ayinləri sınamaq qərarına gəlir. Lakin bu cəhdlər nəticəsində çağırdığı varlıq başqa bir qızın ruhu çıxır. Çox keçmədən məlum olur ki, Meqanın rəhmətə getmiş bacısı həmin yad qızın ölümündə günahkar ola bilər.
"Solstice" filmi qorxu və detektiv janrlarını birləşdirir. 2007-ci ildə ABŞ-da istehsal olunmuş ekran əsərinin rejissoru Deniel Mirikdir. Əsas rollarda Mark Krasnoff, Kliff Conson, Cenno Hildebrand və Layl Brokato çəkiliblər.
«Solstice» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2007
- Ölkə
- ABŞ
- Rejissor
- Deniel Mirik
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli, Профессиональный (дублированный)
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın