
Manhetten üzərində gecə
Narkotik alverçisinin həbsi zamanı baş verən atışmada üç polis həyatını itirir, daha bir asayiş keşikçisi isə ağır yaralanır. Bütün şəhər qatilin axtarışına cəlb edildiyi bir vaxtda cinayətkar güclü vəkili ilə birlikdə gözlənilmədən könüllü şəkildə təslim olur. Məhkəmədə ittiham tərəfini yaralanan polisin oğlu, gənc və prinsipial hüquqşünas Şon Keysi təmsil edir. O, cinayətkarın ömürlük cəza almasına nail olur və bu qələbə onun karyerasında sürətli yüksəlişə yol açır.
Lakin məhkəmə prosesindən sonra gözlənilməz sirlər üzə çıxır. Məlum olur ki, Şonun atasının çalışdığı polis idarəsi uzun müddətdir rüşvətxorluğa qurşanıb və asayiş keşikçiləri narkotik tacirlərindən pullar alırmış.
«Manhetten üzərində gecə» (Night Falls on Manhattan) kriminal dram filmini rejissor Sidni Lyumet çəkib. 1996-cı il istehsalı olan ABŞ filmində baş rolları Cim Mudi, Stefen Biç, Dominik Kyaneze və Kolm Fior canlandırıblar.
«Manhetten üzərində gecə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1996
- Ölkə
- ABŞ
- Rejissor
- Sidni Lümet
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Peşəkar çoxsəsli, Orijinal, Birsəsli kadrarxası, Həvəskar ikisəsli, Профессиональный (многоголосый закадровый)
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın