
Qanlı ay
Üzündə ciddi qüsurlar olan Migel adlı gənc qonaqlıqların birində törətdiyi amansız cinayətdən sonra ruhi dispanserə salınır. Beş il keçdikdən sonra bacısı Manuela zamin duraraq onu həmin müəssisədən çıxarır. Əlil arabasına məhkum anaları ilə birlikdə bu ailə İspaniyanın kurort bölgəsində qızlar üçün xarici dil məktəbi işlədir.
Migel məktəbdə təhsil alan Angela adlı tələbə qızdan xoşlanmağa başlayır və bu hisslərini bacısı ilə bölüşür. Lakin Manuela ona keçmişdə baş verən əsəb böhranını və cinayətin kökünü xatırladaraq xəbərdarlıq edir. Çox keçmədən pansionatda Angelanın rəfiqələri bir-bir müəmmalı və qəddar üsullarla qətlə yetirilməyə başlayır.
«Qanlı ay» («Die Säge des Todes») filmi İspaniya və Almaniya (QFR) kinematoqrafçılarının 1981-ci ildə birgə ərsəyə gətirdiyi qorxu və detektiv trilleridir. Ekran əsərinin rejissoru Xesus Frankodur. Əsas rollarda Kristof Mosbrüqqer, Oliviya Paskal, Mariya Rubio və Korinna Drevs çəkiliblər.
«Qanlı ay» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1981
- Ölkə
- İspaniya, Almaniya (AFR)
- Rejissor
- Xesus Franko
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Авторский (одноголосый закадровый)
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın