
Tanrının qızı
Metro platformasında qatar gözləyən İzabel adlı gənc qadın havada süzülən mələyəbənzər sirli bir varlıq görür. Gözlənilməz möcüzə onun bütün həyatını dəyişir. Çox keçmədən həmin yeraltı stansiyada qəribə və qaranlıq bir cinayət baş verir.
Orada polis əməkdaşının cəsədi aşkarlanır. Həmkarının və tərəfdaşının ölüm səbəbini araşdırmaq detektiv Qelbana tapşırılır. Cinayət yerini araşdıran detektiv baş verən qətlin təfərrüatlarını aydınlaşdırmağa çalışarkən müəmmalı hadisələrlə qarşılaşır.
ABŞ istehsalı olan «Tanrının qızı» (Exposed) filmi 2015-ci ildə rejissor Qi Malik Linton tərəfindən çəkilib. Kriminal dram və triller janrında olan bu ekran əsərində Luis Martines, Melissa Linton, Piter Konboy və Pirs Delahant kimi aktyorlar rol alıb.
«Tanrının qızı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2015
- Ölkə
- ABŞ
- Rejissor
- Qi Malik Linton
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın