
Sükut körfəzi
Uill iki əkiz qız böyüdən dul qadın Rozalinda ilə evləndikdən sonra ailəsini yeni evə köçürür. Tezliklə hamilə olan qadın bədbəxt hadisə ilə üzləşir. Həkimlər körpəni xilas edə bilsələr də, bu hadisədən sonra Rozalindanın davranışı tamam dəyişir. O, əslində əkiz uşaq dünyaya gətirməli olduğunu və ikinci körpəsinin oğurlandığını iddia edir.
Qadının şübhəli və qəribə hərəkətləri gündən-günə çoxalır. Bir gün işdən qayıdan Uill evdə heç kimi tapmır: Rozalinda bütün uşaqları götürərək yoxa çıxıb. Beləliklə, kişi həyat yoldaşı haqqında indiyədək bilmədiyi sirləri öyrənməli olur.
2020-ci ildə ekranlara çıxan «Sükut körfəzi» detektiv triller filmi Böyük Britaniya və Niderland birgə istehsalıdır. Ekran əsərinin rejissoru Paula van der Ust, əsas rolların ifaçıları isə Klas Banq, Brayan Koks, Kerolayn Qudoll və Elis Kriqedir.
«Sükut körfəzi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2020
- Ölkə
- Böyük Britaniya, Niderland
- Rejissor
- Paula van der Oest
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın