
Death 4 Dinner
Nüfuzlu siyasətçi senator Endryu Rezerfordun iqamətgahında təşkil olunan ailəvi ziyafət faciə ilə bitir. Dövlət xadimi şam yeməyi zamanı qəfil və müəmmalı şəkildə həyatını itirir. Bu sirli ölümü araşdırmaq təcrübəli xəfiyyə Noa Rafferti və onun tərəfdaşı İsayya Beykerə tapşırılır.
Hadisə yerinə gələn təhqiqatçılar evdəki qohumlar və qonaqlar arasında şübhəli axtarmağa başlayırlar. Vəziyyəti mürəkkəbləşdirən məqam isə odur ki, mərhumun qardaşları və bacıları bu yaxınlarda vəfat etmiş atalarının milyonluq mirası uğrunda amansız mübarizə aparırlar.
ABŞ istehsalı olan «Death 4 Dinner» detektiv filminin rejissoru Lana Riddir. 2025-ci il ekran əsərində əsas obrazları Lenni Robinson, Devid Fallanq, Beki Devis və Kirstin Fallanq canlandırıblar.
«Death 4 Dinner» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın