
Zaman xətası
Şəhərkənarı mənzildə birgə yaşayan üç dost gündəlik qayğılardan qurtulmağa çalışır. Finn rəssamlıqla məşğul olmaq istəsə də, yaşayış kompleksinin idarəçisi işləyir. Kelli ofisiantlıq edərək hekayələr yazır, Casper isə it yarışlarına mərc qoyaraq varlanmaq niyyətindədir. Qonşu alimin evində rast gəldikləri qəribə ixtira onların həyatına gözlənilməz təsir göstərir. Bu maşın hər axşam saat səkkizdə pəncərədən onların qonaq otağını çəkir və növbəti gün baş verəcəkləri əks etdirir.
«Time Lapse» adlı triller filmində gənclər gələcəkdən xəbər verən fotolardan öz maraqları üçün faydalanmağa başlayırlar. Arzuları reallaşdıqca bu sirli maşına olan maraqları daha da artır. Lakin sonradan çıxan yeni fotolar dostları çaş-baş qoyur və onları qorxunc vəziyyətlərlə üz-üzə gətirir.
2014-cü ildə ABŞ-da istehsal olunmuş detektiv filminin rejissoru Bredli Kinqdir. Baş rolları Corc Finn, Mark S. Henson, Deysi Brukşir və Cudit Dreyk canlandırıblar.
«Zaman xətası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2014
- Ölkə
- ABŞ
- Rejissor
- Bredli Kinq
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 104 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın