
«Keyn» gəmisində qiyam məhkəməsi
Fars körfəzində xidməti tapşırıq yerinə yetirən Amerika hərbi gəmisi qəfil başlayan güclü fırtınaya tuş gəlir. Kapitan Kviqqin gəmini xilas etmək iqtidarında olmadığını və psixi cəhətdən sarsıldığını düşünən baş köməkçi Merik dəniz donanması nizamnaməsinə əsaslanaraq komandanlığı öz əlinə alır.
Hadisədən iki ay sonra Merik hərbi tribunal qarşısına çıxarılır və qiyam qaldırmaqda günahlandırılır. İttihamları qəbul etməyən zabit təyin olunmuş vəkili ilə birlikdə fırtına anında kapitanın qərarlarının heyət üçün təhlükə yaratdığını sübut etməyə çalışır.
«The Caine Mutiny Court-Martial» filmini amerikalı rejissor Uilyam Fridkin çəkib. 2023-cü il istehsalı olan dram janrlı bu ekran əsərində baş rolları Ceyson Klark, Tom Rayli, Lens Reddik və Şerri Lensinq canlandırıb.
««Keyn» gəmisində qiyam məhkəməsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Uilyam Fridkin
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (одноголосый закадровый)
- Müddət
- 108 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın