
Operation Romeo
Aditya və tələbə Neha mühafizəkar ailələrindən xəbərsiz romantik münasibət saxlayırlar. Qızın ad günündə Aditya ona evlilik təklifi etmək məqsədilə gecə vaxtı maşınla gəzintiyə çıxmağı qərara alır. Onlar sakit və qaranlıq bir küçədə maşını saxlayıb təklikdə qalmaq istəyərkən gözlənilmədən iki naməlum şəxslə qarşılaşırlar.
Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edir, gəncləri telefona çəkir və ictimai əxlaqı pozmaqda təqsirləndirirlər. Valideynlərinə xəbər vermək və həbs etməklə hədələyən saxta asayiş keşikçiləri cütlüyə qarşı psixoloji təzyiq göstərməyə, onları qorxutmağa başlayırlar.
2022-ci il istehsalı olan «Operation Romeo» dram və detektiv janrlı Hindistan filmidir. Ekran əsərinin quruluşçu rejissoru Şaşant Şahdır, əsas rolları isə Sidhant Gupta, Vedika Pinto, Şarad Kelkar və Kişor Kadam canlandırıblar.
«Operation Romeo» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 aprel 2022
- Ölkə
- Hindistan
- Rejissor
- Şaşant Şah
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Bollywood HD
- Müddət
- 132 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın