
U-Turn
Qəzet redaksiyasında təcrübə keçən gənc Raçana yol hərəkəti qaydalarını pozan sürücülər haqqında məqalə hazırlamaq qərarına gəlir. Şəhər körpüsündə bəzi sürücülər qadağan olunmuş yerdən dönmək üçün beton maneələri yerindən tərpədir və onları yolun ortasında qoyaraq təhlükəli vəziyyət yaradırlar. Onlardan müsahibə almaq istəyən qız avtomobil nömrələrini qeyd edir və həmin şəxslərdən birinin ünvanını tapır.
Lakin hadisələr gözlənilməz istiqamət alır və Raçana polislər tərəfindən saxlanılır. Məlum olur ki, qızın axtardığı sürücü artıq ölü tapılıb. Dindirilmə zamanı gənc jurnalist oxşar qaydada baş verən sirli ölümlər silsiləsində əsas şübhəli şəxsə çevrildiyini öyrənir.
«U-Turn» adlı bu Hindistan istehsalı detektiv triller 2018-ci ildə rejissor Pavan Kumar tərəfindən çəkilib. Filmin əsas rollarını Samanta, Aadhi, Bhumika Çavla və Rahul Ravindran canlandırır.
«U-Turn» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 sentyabr 2018
- Ölkə
- Hindistan
- Rejissor
- Pavan Kumar
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 128 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın