
Raja Ranguski
Polis əməkdaşı Raca mühafizə olunan yaşayış kompleksində yaşayan gənc yazıçı xanım Ranquskiyə aşiq olur. Qızın diqqətini cəlb etmək istəyən gənc ona qorxulu anonim zənglər edir və beləliklə özünü xilaskar kimi təqdim etməyə çalışır. Hiylə ilk vaxtlar işə yarasa da, tezliklə vəziyyət tamamilə dəyişir.
Ranquskiyə artıq başqa birindən real ölüm hədələri gəlməyə başlayır və naməlum şəxs Racaya da zəng edir. Sevdiyi qadını xilas etmək üçün tələsik onun evinə yollanan polis antikvar əşyalar toplayan qonşu Mariyanın meyiti ilə qarşılaşır. Bütün dəlillər qəsdən Racanın əleyhinə qurulur və o, bu qətlin əsas şübhəlisi kimi axtarışa verilir.
Hindistan istehsalı olan «Raja Ranguski» detektiv filmi 2018-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Dharani Dharandır. Baş rollarda Şiriş, Çandini, Kalluri Vinoth və Jaya Kumar çəkiliblər.
«Raja Ranguski» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 sentyabr 2018
- Ölkə
- Hindistan
- Rejissor
- Dharani Dharan
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın