
Onun Heç Tanımadığı Quşlar
Tovako artıq səkkiz ildir ki, keçmiş sevgilisi Kurosakini unuda bilmir. Hazırda o, kobud və yaşlı bir kişi ilə eyni evi bölüşür, lakin onunla yalnız maddi ehtiyaclarına görə qalır. Günlərin birində qadın keçmiş sevgilisinə çox bənzəyən yeni bir kişi ilə tanış olur. Həmin şəxsin ailəli və uşaqlı olması Tovakonun onunla gizli münasibətə başlamasına maneə yaratmır.
Bütün bunlara baxmayaraq, Kurosakinin xatirəsi qadının həyatından heç cür silinmir. Tezliklə Tovakonun qapısını polis əməkdaşı döyür və qəribə bir xəbər verir. Məlum olur ki, Tovakonun keçmiş sevgilisi çox müəmmalı şəraitdə yoxa çıxıb.
«Kanojo ga sono na wo shiranai toritachi» adlı yapon dram və detektiv filmi rejissor Kazuya Shiraishi tərəfindən lentə alınıb. 2017-ci ildə nümayiş olunan layihənin baş rollarında Yu Aoi, Sadao Abe, Tori Matsuzaka və Yutaka Takenouchi çəkiliblər.
«Onun Heç Tanımadığı Quşlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 sentyabr 2017
- Ölkə
- Yaponiya
- Rejissor
- Kazuya Shiraishi
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 123 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın