
İp
Brandon Şou və Fillip Morqan adlı tələbələr heç bir səbəb olmadan, sadəcə əyləncə xatirinə tələbə yoldaşları Devid Kentlini iplə boğaraq qətlə yetirirlər. Cəsədi qonaq otağındakı böyük sandığa gizlədən gənclər cinayətin törədildiyi mənzildə ziyafət təşkil edirlər.
Qonaqların arasında Devidin atası, nişanlısı Canet və müəllimləri Rupert də var. Məclis davam etdikcə Fillip etdiklərinin ağırlığı altında əzilir və təşvişə düşür. Qonaqlıq zamanı ev sahiblərinin qəribə davranışları diqqətli Rupertin şübhələnməsinə yol açır.
«Rope» filmi rejissor Alfred Hiçkok tərəfindən 1948-ci ildə ABŞ-da çəkilib. Triller, detektiv və dram janrlarında olan ekran əsərində əsas rolları Con Doll, Farli Qreyncer, Ceyms Stüart və Dik Hoqan canlandırırlar.
«İp» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 avqust 1948
- Ölkə
- ABŞ
- Rejissor
- Alfred Hiçkok
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın