
Ek Paheli Leela
Uğurlu musiqiçi Karan təzə mənzilə köçdükdən sonra yuxularında naməlum bir qadını görməyə başlayır. Bu qəribə hallar gəncin davranışına təsir edir və yaxın dostlarının diqqətindən yayınmır. Narahat olan yoldaşları ona yardım etmək üçün çıxış yolu axtarırlar.
Dostları Karanı bir din xadiminin yanına aparırlar. Lakin həmin şəxs gözlənilmədən ona bütün suallarına aydınlıq gətirmək üçün Racastana yollanmağı tapşırır. Beləliklə, musiqiçi sirli qadının izinə düşmək üçün səfərə çıxır.
2015-ci ildə Hindistanda istehsal olunmuş «Ek Paheli Leela» filmi triller, detektiv və melodram janrlarını birləşdirir. Ekran əsərinin rejissoru Bobbi Xandır. Əsas rollarda Sanni Leone, Mohit Ahlavat, Cay Bhanuşali və Rahul Dev çıxış edirlər.
«Ek Paheli Leela» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın