
404
Tibbi kollecin yataqxanasında yerləşən 404 nömrəli otaq keçmişdə baş vermiş qətlin izini daşıyır. Yuxarı kurs tələbələri tərəfindən öldürülən Qaurav adlı gəncin ölümündən sonra heç kim həmin qapıdan içəri addım atmağa cürət etmirdi. Otaq uzun müddət boş qalsa da, kollecə yeni qəbul olan Abhimanyu qorxulu şayiələrə son qoymaq üçün orada qalmaq istədiyini bildirir.
Yoldaşları və professor Anirudh gənci bu fikirdən daşındırmağa çalışırlar. Lakin Abhimanyu qərarından dönmür və yaranmış qorxunu dağıtmaq üçün bədnam otağa köçməkdə israr edir.
Hindistan istehsalı olan «404» filmi rejissor Pravaal Raman tərəfindən çəkilib və ekranlara 2011-ci ildə çıxıb. Əsas rollarda Sara Arjun, Rajvvir Aroraa, Aditya Banerji və Mukeş Bxatt yer alıb.
«404» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 may 2011
- Ölkə
- Hindistan
- Rejissor
- Pravaal Raman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Bollywood HD
- Müddət
- 118 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın