
Otuzuncunu məhv etməli!
Əfqanıstanda ağır yaralanıb əsir düşən Reks möcüzə nəticəsində xilas olaraq Tibet monastırında sığınacaq tapır. Dünyanı dolaşdıqdan sonra nəhayət Moskvaya qayıtsa da, burada dinc həyatda özünə heç cür iş tapa bilmir. Nəticədə o, Mərkəzi Asiyada hakimiyyətə can atan gizli təşkilatın hərbi düşərgəsinə təlimatçı kimi qatılır. Lakin ora gələnlər adlarını itirib nömrə ilə çağırılan dustaqlara çevrilir və Reksə də «otuzuncu» nömrəsi verilir.
Çox keçmədən baş qəhrəman bu təşkilatın fəaliyyətini təhlükə altına qoyan gizli bir sirrin üstünü açır. Reks keçmiş xüsusi təyinatlı kapitan olan qardaşı ilə birləşərək dəyərli məlumatları ələ keçirir və düşərgədən qaçmağa qərar verir.
«Otuzuncunu məhv etməli!» filmi Rusiya və Suriya tərəfindən 1992-ci ildə çəkilib. Döyüş janrındakı ekran əsərinin quruluşçu rejissoru Viktor Dotsenkodur. Baş rollarda İqor Livanov, Aristarx Livanov, Marina Zudina və Stanislav Sadalski çıxış edir.
«Otuzuncunu məhv etməli!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 dekabr 1992
- Rejissor
- Viktor Dotsenko
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın