
Qanqsterdam
Ruben uzun müddətdir ki, sevdiyi qız Noranın diqqətini çəkməyə çalışır, lakin cəhdləri boşa çıxır. Nəhayət, gənc oğlana öz cəsarətini sübut etmək üçün əlverişli fürsət yaranır. O, xəyallarındakı qızla birlikdə Amsterdama getməli, oradan müəyyən yükü götürməli və problemsiz geri qayıtmalıdır.
Əvvəlcə hər şey plana uyğun və rəvan şəkildə irəliləyir. Lakin çox keçmədən onların yolunu yerli mafiya kəsir. Adi bağlamanı daşımaq tapşırığı gözlənilmədən cinayətkar qruplaşmalarla dolu təhlükəli macəraya çevrilir.
«Gangsterdam» komediya və döyüş filmi 2017-ci ildə Fransa, Niderland və Belçika kinematoqrafçıları tərəfindən birgə çəkilib. Ekran əsərinin rejissoru Romeyn Levidi, baş rollarda isə Kev Adams, Manon Azem, Kom Levin və Yuber Kunde çıxış edir.
«Qanqsterdam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 mart 2017
- Rejissor
- Romeyn Levi
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Cinema Sound Production
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın