
Şəhər torpedaları
Dörd istedadlı kompüter hakeri sənaye casusluğu ilə məşğul olaraq dünyanın müxtəlif yerlərindən gələn bahalı sifarişləri icra edir. Növbəti əməliyyat zamanı onların fəaliyyəti ifşa olunur. Honkonq təhlükəsizlik xidmətinin əməkdaşları dəstəni həbs edərək onların qarşısına sərt tələb qoyur.
Dəmir barmaqlıqlar arxasına düşməmək üçün gənclər xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə məcbur qalırlar. Onlara Britaniya kəşfiyyatından ingilis əskinaslarının çapı üçün nəzərdə tutulmuş qəlibləri oğurlamaq tapşırılır. Bu çətin tapşırığın öhdəsindən gəlmək istəyən komanda köməyə Feniks ləqəbli bacarıqlı bir qızı çağırır.
«Şəhər torpedaları» (San tau dip ying) adlı kriminal döyüş filmi 1997-ci ildə Honkonqda lentə alınıb. Rejissor Teddi Çanın çəkdiyi layihədə baş rolları Takeşi Kaneşiro, Cordan Çan, Çarli Yen və Ken Von canlandırıblar.
«Şəhər torpedaları» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın