Cinayət zənciri
Hindistan ordusundakı xidmətini başa vuran gənc hərbçi Raqhu doğma kəndinə üz tutur. Evə qayıtdıqda isə həmyerlilərinin daimi qorxu içində yaşadığını görür. Silahlı cinayətkar dəstənin mütəmadi basqınları və qarətləri dinc kənd sakinlərinin həyatını kabusa çevirib.
Eyni vaxtda polisin təqibindən qaçan təhlükəli bir cinayətkar da aradan çıxmağı bacarır. Hadisələrin səbəbini anlamağa çalışan Raqhu quldurlara rəhbərlik edən şəxsin vaxtilə birlikdə təhsil aldığı keçmiş tələbə yoldaşı olduğunu öyrənir. «Cinayət zənciri» filminin qəhrəmanı doğma elini qorumaq üçün silahlı qruplaşma ilə üz-üzə qalır.
1989-cu ildə Hindistanda istehsal olunmuş bu döyüş və dram filmi tamil dilində çəkilmiş «Ranuva Veeran» lentinin hindi versiyasıdır. Ekran əsərinin quruluşçu rejissoru S.P. Muturamandır. Baş rolları Racinikant, Çirancivi, Şridevi və Caya Malini canlandırıblar.
«Cinayət zənciri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 dekabr 1989
- Ölkə
- Hindistan
- Rejissor
- S.P. Muthuraman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- SDI Media
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın