
Böyük dairənin blüzü
Materik Çindən gələn cinayətkar dəstə Honkonqda ard-arda qanunsuzluqlar törədərək hüquq-mühafizə orqanlarının diqqətini çəkir. Həbs olunma təhlükəsini görən quldurlar əlbirləri Sya Çenin köməyi sayəsində gizli yollarla Tayvana adlayırlar. Qonşu adada məskunlaşan qaçaqlar çox keçmədən köhnə vərdişlərinə qayıdırlar.
Özlərinə dolanışıq axtaran bu amansız qrup silsilə bank soyğunlarına başlayır və törədilən silahlı basqınlar bütün yerli mətbuatda böyük əks-səda doğurur. Təhlükəli cinayətkarları zərərsizləşdirmək üçün Tayvan polisi Vay ilə Honkonqdan gələn zabit Syao Yun birlikdə çalışmaq qərarına gəlirlər.
«Böyük dairənin blüzü» (Huo bao da quan zi) filmi 1992-ci ildə Honkonqda kriminal döyüş janrında çəkilib və onun quruluşçu rejissoru Çenq Çoudur. Əsas obrazları Miçiko Nişivaki, Mark Çenq, Vu Ma və Yu Lun Syao canlandırıblar.
«Böyük dairənin blüzü» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın