
Ekka Raja Rani
Vişal Kapur qan qohumu olmasalar da, Saqara doğma qardaşı kimi qayğı göstərir və onlar bir yerdə yaşayırlar. Saqar gözəl qadınların sevgisi ilə əhatə olunan qayğısız bir gəncdir. Vişal isə ona tamamilə əks xarakterə malikdir.
Sərvət hərisliyi Vişalı cinayət dünyasına sürükləyir. Nageşvar və Dalal adlı köməkçiləri ilə qanunlara qarşı çıxan Vişal hər bir hissin pulla alına biləcəyini düşünür. Bu baxış ona aşiq olan Aşanın qəlbini qırır və qadın onu tərk edir. Təhlükəli yolda ölümlə üz-üzə qalan Vişalın həyatını Bərxə adlı rəqqasə xilas edir.
«Ekka Raja Rani» bədii filmi 1994-cü ildə Hindistanda istehsal olunub. Ekran əsərinin quruluşçu rejissoru Afzal Ahmeddir. Əsas rollarda Vinod Khanna, Qovinda, Ayeşa Culka və Aşvini Bhave çəkiliblər.
«Ekka Raja Rani» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1994
- Ölkə
- Hindistan
- Rejissor
- Afzal Ahmed
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 155 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın