
Əcdadlar vadisi
Qırğızıstanın uca dağlarında yerləşən böyük kənd tədricən boşalıb və kimsəsiz qalıb. Tərk edilmiş evlərə göz-qulaq olan üç qocanın doğma yurdun bu halına ürəyi ağrıyır. Hərbi xidmətdən yenicə tərxis olunub qayıdan gənc əsgər də onlarla eyni hissləri bölüşür.
Qəhrəmanlar insanların nə üçün bu cür gözəl və havası təmiz yerləri qoyub getdiyini anlamağa çalışırlar. Şəhərlərin səs-küyündən uzaq olan bu təbiət qoynunda həyatın daha sağlam olduğuna inanırlar. Onlar boşalmış yurdun yenidən canlanması ümidi ilə baş-başa qalırlar.
«Əcdadlar vadisi» («Dolina predkov») filmi 1989-cu ildə SSRİ-də lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Kadırjan Kıdıraliyevdir. Əsas rolları Darkül Küyükova, Rəsul Ukaçin, Muxtar Baxtıqereyev və Bahadır Əliyev canlandırıblar.
«Əcdadlar vadisi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1989
- Ölkə
- SSRİ
- Rejissor
- Kadırjan Kıdıraliyev
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 66 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın